Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduHəssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında memorandum imzalanıb.
Memoranduma əsasən özünüməşğulluq proqramına cəlb olunmaq məqsədi ilə müraciət edən həssas əhali qrupları (əlilliyi olan şəxslər, aztəminatlı ailələr və s.) barədə məlumatlar Nazirlik tərəfindən AHİK-ə təqdim olunur. Konfederasiya isə proqram iştirakçıların aktivlərlə təminatında iştirak edir.