UAFA

UAFA

Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) 1998-ci ildə Azərbaycanda təhsil, səhiyyə və uşaqlarla bağlı məsələlərə dəstək məqsədilə təsis edilmişdir. Təşkilat Azərbaycanda bir sıra dövlət orqanları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq münasibətləri saxlamaqdadır.

 

Buna istinadən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi UAFA ilə birlikdə uşaqlarla məktəbəqədər hazırlıq işinə marağı olan və bu sahədə öz biznesini qurmaq istəyən işsiz xanımlara dəstək üçün “Məktəbim” layihəsinə başlayıb.

 

Layihə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və UAFA-nın rəhbəri Qven Börçelin iki qurum arasında əməkdaşlıq məqsədilə imzaladıqları memoranduma əsasən icra olunur. 

 

Layihə qadınlar tərəfindən idarə olunan, uşağa yönəlmiş, inklüziv məktəbəqədər təhsil modelini təqdim edərək, qadınları səlahiyyətləndirməklə gəlir-gətirməyən icma əsaslı məktəbəqədər təhsil qruplarını açmaq üçün sosial biznes modelidir. İlk növbədə bu layihədən faydalanmaq istəyən işsiz qadınların qeydiyyatı aparılıb və seçim mərhələsini uğurla keçən qadınlar üçün UAFA tərəfindən məktəbəqədər təhsil metodologiyası üzrə təlimlər keçirilib. Son mərhələdə isə biznes təlimlərə cəlb olunan vətəndaşlar təlimləri uğurla başa vurduqdan sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən aktivlərlə təmin ediləcəklər. 

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə United Air For Azerbaijan (UAFA) təşkilatı arasında əməkdaşlıq haqqında memorandum