GIZ

GIZ

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) 2011-ci il tarixində 1975-ci ildən fəaliyyət göstərən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) bazasında beynəlxalq arenada dayanıqlı inkişafa və təhsil dəstək məqsədilə yaradılmışdır.

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) 2020-ci il ərzində olduqca məhsuldar və uğurlu əməkdaşlıq həyata keçirmişlər. Qeyd etmək lazımdır ki, həyata keçirilən əməkdaşlıq Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) icra etdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” (EPIC) layihəsi çərçivəsində baş tutmuşdur.

 

Sözügedən EPIC layihəsi çərçivəsində bir sıra uğurlu layihələr icra olunmuşdur:

1) “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadi İnkişafı” (EPIC) layihəsi çərçivəsində 2020-ci ildə heyvandarlıq sahəsi üzrə təlimlər həyata keçirilmişdir.

 

2) “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” (EPIC) layihəsi çərçivəsində 2020-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Əməkdaşları üçün “Potensialın Artırılması” (Capacity Building) təlimləri təşkil olunmuşdur.

 

3) Hazırda EPIC layihəsi çərçivəsində GIZ tərəfindən “Layihənin İdarəedilməsi (Project Management) və Project Monitoring and Evaluation (Layihənin Monitorinqi və Qiymətləndirilməsi)” mövzusunda təlimlər həyata keçirilib. Sözügedən təlim “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramının” Layihə İcra Qrupu və 22 Ərazi Məşğulluq Mərkəzlərindən layihələrlə iş üzrə təyin olunan yeni kuratorlar üçün təşkil olunub.