Rusiya Federasiyası

Rusiya Federasiyası

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 1992-ci ildən uğurlu ikitərəfli münasibətlər mövcudddur. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir. İki ölkə arasında mövcud hüquqi bazaya 110-a qədər dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir.

 

2019-cu il mayın 24-də Bakı şəhərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmış və Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmişdir.  

 

Son iki il ərzində Dövlət Məşğulluq Agentliyi və Rusiya Federasiyasının Məşğulluq Xidməti “Rostrud” arasında məşğulluq istiqamətində əməkdaşlıq nəzərəçarpacaq dərəcədə canlanmışdır. İki qurum arasında müntəzəm şəkildə danışıqlar aparılmaqdadır. Uğurlu təcrübələrin ölkəmizdə tətbiq edilməsi istiqamətində tədbirlər görülməkdədir.