Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduAzərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsi hallarının qarşısının alınmasına yönəlik fəaliyyət istiqamətidir.
- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi.
Qeyri-formal məşğulluğun səviyyəsinin yüksək olduğu sahələr üzrə təhlillər aparılır, risk qiymətləndirilməsi əsasında müəyyən edilən risk qruplarına qarşı preventiv və nəzarət tədbirləri həyata keçirilir.
1. Preventiv və nəzarət tədbirlərini həyata keçirmək;
2. Qeyri-formal məşğulluq səviyyəsinin yüksək olduğu sahələr üzrə təhlillər aparmaq;
3. Monitorinqlər və qiymətləndirməni həyata keçirmək.