Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Əmək bazarının təhlili – əmək bazarında mövcud olan tələb və təklif əsasında məşğulluğun təmin edilməsinin cari və perspektiv imkanlar baxımından qiymətləndirilməsi və müvafiq təhlillərdən doğan nəticələrə əsaslanmaqla məşğulluq səviyyəsinin dinamikasının yüksək səviyyəyə çatdırılması imkanlarının təşviq edilməsi baxımından aparıcı rola malikdir. Əmək bazarının təhlili funksiyası əmək bazarının mövcud vəziyyətini dərinliklə araşdırmaq və qiymətləndirmək deməkdir.
Dünya, ölkə və region əsaslı iqtisadi və sosial tendensiyaların öyrənilməsi və tədqiqata əsaslanan təhlillərin aparılması nəticəsində işsizlik səviyyəsi, iş imkanlarının sayı və keyfiyyəti, işçilərin bacarıq və təhsil səviyyəsi kimi məlumatlar toplanır və təhlil edilir. Dövlət Məşğulluq Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumat bazalarından və resurslarından istifadə etməklə təhlil və tədqiqatlar həyata keçirməkdə və bunlar əsasında keçmiş, cari və gələcək dövrlərə dair trendlərin müəyyənləşdirilməsi, proqnozların verilməsi və strategiyalarda nəzərə alınması üçün təkliflər hazırlamaqdadır.
Əmək bazarının təhlili, proqnozlaşdırılması və trendlərinin müəyyənləşdirilməsi, ölkənin iqtisadi inkişafına və işçi qüvvəsinin potensialının artırılmasına mühüm töhfə verir. Bu fəaliyyətlər əmək bazarında balansın təmin edilməsi və işaxtaranların müvafiq iş imkanları ilə təmin edilməsi məqsədinə nail olunmasında aparıcı alətlərdən biridir.
Əmək bazarının təhlili əmək bazarında keçmiş illərin nəticələrinin təhlili, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək strateji inkişafına nail olmaq üçün aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:
Aşağıdakı istiqamətlər üzrə əmək bazarının təhlilləri həyata keçirilir:
Əmək bazarının mövcud və gələcək trendlərinə və imkanlarına əsaslanan tədqiqatların həyata keçirilməsi ilə əmək bazarının inkişafına töhfə verəcək tədqiqatların hazırlanması önəmli yerə malikdir. Belə ki, əmək bazarının təhlili və inkişafı istiqamətində həyata keçirilən tədqiqatlar müasir əmək bazarı trendlərinə, imkanlarına və perspektivlərinə əsaslanaraq aparılır. Aparılan tədqiqatların nəticəsi olaraq mövcud əmək bazarının inkişafı imkanlarının genişləndirilməsi, beynəlxalq səviyyədə qabaqcıl təcrübənin müqayisəli təhlili və tətbiqi, aidiyyəti sahədə təkmilləşdirmə işlərinin aparılması, məşğulluq sahəsində mövcud olan imkanlardan faydalanmaq və bu kimi digər fəaliyyətlər öz əksini tapmaqdadır.
Hazırda əmək bazarının vəziyyətini qiymətləndirən standart analitikadan fərqli olaraq, proqnozlaşdırıcı analitika yaxın illərdə müxtəlif peşə və fəaliyyət sahələrində tələb və təklifin nə olacağını, hansı səriştələrin və ixtisasların tələb olunacağını və hansı ixtisasların aktuallığını itirəcəyini və mövcud və gələcək trendləri proqnozlaşdırır.
Bununla yanaşı əmək bazarında trendlərin qiymətləndirilməsi Məşğulluq Strategiyasının cari dövrün trendlərinə və tələbatına uyğun şəkildə reallaşdırılması sayəsində əmək bazarında baş verən proseslərə uyğun çevik institusional sistemin formalaşdırılması, inklüziv məşğulluğun təmin edilməsi, təhsil sisteminin əmək bazarının tələbatına uyğun təkmilləşdirilməsi, layiqli əmək göstəricilərinin yüksəldilməsi kimi fəaliyyətlərdə aparıcı rola malikdir.
Bu trendlər və tendensiyaları əsas alaraq insanlar təhsil istiqamətini daha rasional seçə, hazırkı peşələrində öz perspektivlərini qiymətləndirə, yenidən hazırlıqla bağlı qərar qəbul edə bilərlər. Proqnozun daha qlobal imkanları gələcək tendensiyaları nəzərə almaqla əmək bazarını və təhsil sistemini dəyişməyə imkan verir.
Əmək bazarının proqnozlaşdırılması, gələcəkdə əmək bazarında hansı dəyişikliklərin baş verə biləcəyini öncədən bilmək məqsədilə aparılan fəaliyyətlərdir. Buraya iqtisadi inkişaf, texnoloji irəliləyişlər və digər makroiqtisadi göstəricilər nəzərə alınaraq, iş yerlərinin sayı və tələbləri haqqında proqnozlar verilməsi daxildir. Bu proqnozlar işçi qüvvəsinin hazırlığı və strategiyaların planlaşdırılmasında əhəmiyyətli rol oynayır.
Mütəxəssislərə və peşələrə olan tələblər daim dəyişdirilir və təhsil sisteminin bazarın dəyişən tələblərinə uyğunlaşmağa vaxtı yoxdur. Klassik ali və orta ixtisas təhsilində dəyişikliklərin tətbiqi dövrü bir neçə il çəkir və bu müddət ərzində tendensiyalar və texnologiyalar yenidən dəyişməyi bacarır. Belə bir şəraitdə əmək bazarının proqnozlaşdırıcı analitikasının rolu xüsusi əhəmiyyət kəsb edir.
Əmək bazarının cari vəziyyətinin, strukturunun təhlili və qiymətləndirilməsi, eyni zamanda əmək bazarında həyata keçirilən fəaliyyətlərin beynəlxalq təcrübəyə uyğun modelləşdirilməsi cari dövrdə dünyada və ölkədə baş verən trendlərlə və innovasiyalarla ayaqlaşan əmək bazarının formalaşmasına gətirib çıxarır. Bununla birlikdə müxtəlif təhlillərə əsaslanaraq, ölkədaxili və beynəlxalq tendensiyaları nəzərə alaraq əmək bazarının gələcək inkişafı, işçi qüvvəsinin məhsuldarlığının artırılması və ümumilikdə ölkənin makroiqtisadi inkişafının təmin edilməsi üçün strateji sənədlərin hazırlanmasında bu amillərin nəzərə alınması üçün təkliflər hazırlanmaqdadır. Baş verən bu prosesdə atılacaq addımlar, həyata keçiriləcək strateji fəaliyyətlər və buna bağlı olan hədəflərin müəyyənləşdirilməsi əmək bazarının inkişafı istiqamətində görülmüş işlərin nəticəsindən asılı olaraq təyin edilməkdədir.