Sosial tərəfdaşlarla iş

Xidmət haqqında qısa məlumat

Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri, qeyri-hökümət təşkilatları, ictimai birliklər, assosiasiyalar, təhsil müəssisələri, işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər və respublikada faəliyyətdə olan bütün işəgötürənlər Dövlət Məşğulluq Agentliyinin sosial tərəfdaşlarıdır. Agentlik fəaliyyət istiqamətləri çərçivəsində sosial tərəfdaşlarla əməkdaşlıq edir və bu əməkdaşlıq zəncirinin qurulmasını və möhkəmlənməsini təşkil edir. 

 

Proses necə aparılır?

Agentlik fəaliyyət istiqamətləri çərçivəsində işəgötürənlərlə faydalı əməkdaşlıqların qurulması, işəgötürənlərin Agentliyin sahibkarlara dəstək istiqamətli layihələrindən faydalanması, fəaliyyət istiqamətləri daxilində işəgötürənlərin  maarfiləndirilməsi ilə bağlı aşağıdakı istiqamətlərdə faəliyyət göstərir:

  • Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri ilə qarşılıqlı fəaliyyət;
  • Agentliyin sahibkarlara dəstək  istiqamətli fəaliyyət istiqamətləri ilə bağlı maarifləndirmə görüşlərinin təşkili;
  • Agentliyin həyata keçirdiyi korporativ sosial məsuliyyət (KSM) layihələrinə sosial tərəfdaşların cəlbi və bu kimi layihələrə dəstək göstərilməsi;
  • Təhsil müəssisələri ilə əməkdaşlıqların qurulması;
  • İşəgötürənlərin vakansiyalarının doldurulması məqsədilə “Əmək yarmarkası” və Karyera günlərinin təşkili;
  • Sosial tərəfdaşlarla birgə konfransların, dəyirmi masaların təşkili;
  • İşədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərlə əməkdaşlıqların qurulması;
  • Vakansiya bankının yaradılması və sosial tərəfdaşların bu sahədə maarifləndirilməsi.

 

Xidmətin göstərilməsi ilə bağlı lazım olan sənədlər:

  • VÖEN
  • Məktub və ya elektron müraciət.

 

Müddət:

Əməkdaşlıq istiqamətinə uyğun olaraq layihə müddətində

 

Kimlər müraciət edə bilər?

Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün işəgötürənlər