Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduPeşə hazırlığı - işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa, peşəyə və ya yeni ixtisasa yiyələnmək üçün peşə təhsili almasıdır.
Peşə hazırlığının əsas məqsədi heç bir peşəyə sahib olmayan, əvvəlki peşəsi üzrə əmək bacarıqlarını itirən və ya yeni peşəyə sahib olmaq istəyən işaxtaran və işsiz şəxslərə əmək bazarının tələbatına uyğun müvafiq peşə bacarıqlarının aşılanmasıdır.
Peşə hazırlığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin ərazi məşğulluq mərkəzləri filiallarının göndərişi əsasında aşağıdakı hallarda həyata keçirilir:
Peşə hazırlığı Dövlət Məşğulluq Agentliyinin ərazi məşğulluq mərkəzləri filialları tərəfindən işaxtaran və işsiz şəxslərin əmək bazarına uyğun ixtisasa malik olması məqsədi ilə peşə hazırlığını həyata keçirən müəssisələrdə həyata keçirilir.
Bununla yanaşı, peşə hazırlığı kursları işsiz şəxslər üçün ödənişsiz əsaslarla, işaxtaran şəxslər üçün isə ödənişli əsaslarla təşkil olunur. Peşə hazırlığına cəlb olunan işsiz şəxslər peşə hazırlığı müddətində təqaüdlə təmin olunurlar.
Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 (altı) aya qədərdir.
Tədrisin müddəti peşə hazırlığı kursundan asılı olaraq dəyişir. Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən forması təsdiq edilmiş sənəd verilir.
Əlavə suallarınız olarsa 142 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.