Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduÖzünüməşğulluğun təşkili tədbirinin həyata keçirilməsinin əsas məqsədi əhalinin sosial cəhətdən həssas, xüsusilə sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin yüksəldilməsi üçün ənənəvi “passiv” siyasət tədbirlərindən (müavinət və yardımların verilməsi) “aktiv” siyasət tədbirlərinə (sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında məşğulluğunun, o cümlədən özünüməşğulluğun təmin olunmasına dəstək) keçiddir.
Bu cür aktiv tədbirlərin genişləndirilməsi və dəstəklənməsi iqtisadiyyatın inkişafı, vergitutmaların əhatə dairəsinin genişləndirilməsi, əlavə dəyərin yaradılması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq vərdişlərinin aşılanması və işsizlik səviyyəsinin azaldılmasına imkan yaradacaqdır.
Özünüməşğulluq fəaliyyəti biznesin başlanması üçün istək, minimum bacarıqlar və biznes haqqında təsəvvürü olan əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsidir.
Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Özünüməşğulluq proqramı həyata keçirilir.
Özünüməşğulluq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə işsiz kimi qeydiyyata alınmış şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında rəqabət qabiliyyətinin artırılması məqsədilə həyata keçirilir.
1. Özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;
2. Əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi;
3. Özünüməşğulluğun təşkili üçün biznes planın hazırlanmasına köməklik göstərilməsi;
4. Şəxslərə təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi;
5. Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə əmlakın 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi;
6. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 (bir) il müddətində dövri monitorinqi.
Proqrama qoşulmaq üçün Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya Dost Mərkəzlərinə yaxınlaşmaqla işsiz və işaxtaran vətəndaşlar növbəyə yazıla bilərlər.
Özünüməşğulluğa cəlb olunmuş şəxslərə natura şəklində material,avadanlıq və digər əmlaklar 1 il müddətinə müqavilə əsasında verilir.
Özünüməşğulluğa cəlb olunmuş şəxslərə natura şəklində material,avadanlıq və digər əmlaklar 1 il müddətinə müqavilə əsasında verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili” Qaydasının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Məşğulluq Agentliyinin Nizamnaməsi”nin 4.5.18-ci yarımbəndini rəhbər tutaraq Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti tərəfindən 2021-ci ildə özünüməşğulluğa cəlb ediləcək şəxslərin sayı və özünüməşğulluq istiqamətləri müəyyən edilib.
Əlavə suallarınız olarsa 142 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.