Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduBu xidmət işaxtaran və işsiz şəxslərin qeydiyyatan müvəqqəti çıxarılması və ləğv edilməsi məsələlərini əhatə edir. 15 yaşı tamam olmuş hər bir şəxs “Elektron hökümət” və ya “e-sosial” internet portallarının mövcud audentifikasiya vasitələrindən istifadə etməklə Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Məşğulluq Alt Sistemində “Müraciət ərizə” formasını dolduraraq işaxtaran kimi qeydiyyata alınmaq hüququna malikdir.
Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, məşğulluq mərkəzi həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. İşaxtaran və işsiz şəxslər fərdi məşğulluq vərəqindən çıxarışı elektron informasiya sistemindən real vaxt rejimində əldə etmək hüququna malikdirlər.
15 yaşına çatmış aktiv əmək müqaviləsi olmayan hərkəs müraciət edə bilər.
Əlavə suallarınız olarsa 142 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.