Sosial kvota üzrə iş

Xidmət haqqında qısa məlumat

Kvota iş yerləri sosial müdaifəyə xüsusi ehtiyac olan işaxtaran və işsiz  şəxslərin işlə təmin edilməsi üçün işəgötürənlər üzərində tətbiq edilən iş yerləridir.

 

Sosial müdaifəyə xüsusi ehtiyac olan şəxslər dedikdə kimlər nəzərdə tutulur?

- 20 yaşadək gənclər;

- yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər;

- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər; 

- pensiya yaşına 2 ildən az qalmış şəxslər;

- əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar; 

- cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar;

- məcburi köçkünlər;

- müharibə veteranları. 

 

Hansı işəgötürənlərə kvota iş yerləri təyin edilir?

İşçilərinin orta illik sayı 25-dən çox olan işəgötürənlərə kvota iş yerləri təyin edilir. 

 

Hansı işəgötürənlərə kvota iş yerləri təyin edilə bilməz?

1. İşçilərinin orta illik sayı 25-dən az olanlara                                            

2. Dövlət orqanları;

3. Mərkəzi və yerli seçkili orqanlar (seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);

4. Elm və ali təhsil müəssisələri (elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla)
5. Hərbi qurumların, hüquq mühafizə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanaları

 

İşəgötürən kvota iş yerləri üzrə göndəriş əsasında göndərilmiş şəxsləri işə qəbul etməsə, hansı inzibati xəta tədbirləri həyata keçirilir?

İnzibati xətalar məcəlləsinin 194-cü maddəsinə əsasən min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Əlavə suallarınız olarsa 142 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Əlavə suallarınız olarsa 142 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.