İşədüzəltmə vasitəçilərinin reyestri

Xidmət haqqında qısa məlumat

Bu xidmət Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin elektron qaydada aparılması, həmin hüquqi şəxslərə dair tələblərin müəyyən edilməsi və elektron qarşılıqlı məlumat mübadiləsinin aparılmasını özündə ehtiva edir.

 

Proses necə təşkil edilir?

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində, yaxud da Dövlət Məşğulluq Agentliyinin veb səhifəsində reyestrlər bölməsindən işədüzəltmə vasitəçilərinin reyestri bölməsinə keçid etməklə  “Müraciət - Ərizə” ni (https://dma.gov.az/reyestrler/iseduzeltme-vasitecilerinin-reyestri-661) elektron formada doldururlar. Göndərilmiş müraciətə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan  Respublikasının Qanununun tələblərinə müvafiq olaraq baxılır. İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinə müraciət edən şəxs qanunvericilik üzrə tələblərə uyğun olduqda, reyestrə daxil edilir və hüquqi şəxsin reyestrə daxil edilməsi ilə bağlı elektron məktub ünvanlanır. Hüquqi şəxs qanunvericilik üzrə tələblərə uyğun olmadıqda, uyğunsuzluqlar göstərilməklə bağlı məlumat şəxsə elektron məktubla ünvanlanır. Reyestrə daxil edilmiş hüquqi şəxslərlə "İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların təqdim edilməsi qaydasının və formasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 05 aprel 2019-cu il tarixli 1905000016 nömrəli Kollegiya  Qərarına əsasən elektron məlumat mübadiləsi aparılır. 

 

Müddət:

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan  Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada`

 

Kimlər müraciət edə bilər?

Yalnız hüquqi şəxslər.

Əlavə suallarınız olarsa 142 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Əlavə suallarınız olarsa 142 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.