İş yerlərinə göndəriş

İş imkanları təqdim edən xidmət:

Bu xidmət işsiz şəxslərə boş (vakant) iş yerinə elektron göndərişin və işəgötürənlər tərəfindən göndərişlə bağlı qəbul edilmiş qərarın “Əmək və məşğulluq” altsisteminə yerləşdirilməsini əhatə edir.

 

Kimlərin xidmətdən yararlanmaq hüququ var?

 İşaxtaran və ya işsiz şəxs kimi qeydiyyatda olan vətəndaşların xidmətdən yararlanmaq hüququ vardır. 

 

Vətəndaş xidmətdən necə yararlana bilər ?

Xidmətdən yararlanmaq üçün DOST Mərkəzləri və ya Regional Məşğulluq filiallarına müraciət edilməlidir. 

 

Zəruri olan sənədlərin siyahısı

Şəxsiyyət vəsiqəsi - kağız daşıyıcıda (əsli və ya notariat qaydada təsdiq edilmiş surəti)

 

Xidmətin həyata keçirilməsi üçün dövlət rüsumu və ya xidmət haqqı varmı?

Xidmət ödənişsizdir.

 

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar hansılardır?

 

  • Xidmət yerinə yaxınlaşaraq xidmətdən yararlanmaq istəyən işaxtaran və ya işsiz şəxs müvafiq xidmət masasına yaxınlaşır və ona vakansiya bankında olan münasib iş yerləri barədə məlumat verilir.
  • İşaxtaran və ya işsiz şəxs ona təklif olunan işə razılığını bildirdikdən sonra münasib işə göndəriş və işaxtaranın fərdi məşğulluq vərəqindən çıxarış elektron qaydada işəgötürənə göndərilir. Bu barədə məlumat işaxtaran və ya işsiz şəxsin şəxsi kabinetində yerləşdirilir.