Əməkhaqqının maliyyələşdirilməsi

Xidmət haqqında qısa məlumat

İşaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədi ilə işəgötürənlərə boş iş yeri üzrə  işə götürdükləri işçinin əməkhaqqının bir hissəsinin  maliyyələşdirilməsi üzrə xidmət göstərilir.

Dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla son 1 ( bir ) ildə fəaliyyətdə olan işəgötürənlər proqrama müraciət edə bilərlər. 

İşəgötürənlər proqrama necə müraciət edə bilər?

Dövlət Məşğulluq Agentliyinin rəsmi internet səhifəsində "Elanlar" bölməsindən "Birgə maliyyələşmə üzrə müraciət" bölməsinə keçid etməklə proqrama müraciət etmək mümkündür. 

 

İşəgötürənin müaciətinə hansı müddətdə baxılır? 

10 iş günü ərzində;                    

- İşəgötürənin  müraciəti qəbul edilir;

- İşəgötürənin  məlumatları təhlil edilir;

- İşəgötürənə proqramda iştirakı ilə bağlı müsbət və ya imtina səbəbi bildirilir.

 

"Məşğulluq" alt sistemindən istifadə etməklə işəgötürənlər özləri üçün kadr seçə bilərlərmi ?

Bəli. İşəgötürənlər şəxsi kabinetlərindən istifadə etməklə "İşaxtaranlar" bölməsindən işçi heyəti seçə bilərlər.

 

İşəgötürənlərlə iş yerlərinin hansı müddətdə maliyyələşməsi həyata keçirilir?

3 aydan 12 ayadək həyata keçirilir.

 

İşəgötürənin müraciət etdiyi vəzifə üzrə əməkhaqqının hansı hissəsi maliyyələşdirilir?

1. Əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı;

2. İşsizlikdən sığorta haqqı;

3. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı;       

4. İcbari sığorta haqqının 50 faizi. 

 

İşəgötürənlə işçi arasında əmək müqaviləsində sınaq müddəti müəyyən edilirmi?

Bəli. 3 aydan çox olmamaq şərti ilə.

 

Hansı hallarda maliyyələşmə proqramı çərçivəsində iş yerlərinə göndəriş verilmir?

İşçinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “ç” bəndləri istisna olmaqla işəgötürənin təşəbbüsü ilə xitam verilərsə, həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilmir.

 

Kimlər müraciət edə bilər?

Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.

Əlavə suallarınız olarsa 142 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Əlavə suallarınız olarsa 142 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.