Əmək yarmarkaları

Xidmət haqqında qısa məlumat

Bu xidmət işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratmaqla işə düzəlmələrinə köməklik göstərilməsi məqsədilə keçirilən aktiv məşğulluq tədbiridir. Əmək yarmarkası işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, habelə işəgötürənlərin qısa müddət ərzində zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədi ilə təşkil olunur.

 

Əmək yarmarkası necə təşkil edilir?

- Yarmarkanın təşkil edilməsi üçün Filial tərəfindən mövcud olan vakansiyalar əsasında işəgötürənlərin işçi qüvvəsinə real tələbatı öyrənilir;

- Yarmarkalarda iştirak etmək üçün müraciət edən işaxtaran və işsiz şəxslərə yarmarkanın yeri, tarixi və vaxtı, yarmarkaya təqdim olunacaq vakansiyaların sayı, peşə və ixtisaslar barədə məlumat verilir. Eyni zamanda qeyd olunan məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Məşğulluq Agentliyinin rəsmi   internet səhifələrində dərc edilir və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində işaxtaran və işsiz kimi qeydiyyatda olan şəxslərin elektron kabinetində yerləşdirilir.

 

Yarmarkada işaxtaran və işsiz şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaqla aşağıdakı xidmətlər göstərilir:

  • karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilir;
  • peşə seçiminə istiqamətləndirilir;
  • peşə hazırlığına cəlb edilir;
  • haqqı ödənilən ictimai işlərə cəlb edilir;
  • iş yerlərinə göndəriş verilir.

 

Kimlər müraciət edə bilər?

- İşsiz və işaxtaran vətəndaşlar;

- İşəgötürənlər. 

 

Əlavə suallarınız olarsa 142 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Əlavə suallarınız olarsa 142 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.