Əlavə iş yerləri üzrə iş

Xidmət haqqında qısa məlumat

Bu xidmət əsasında müəyyən edilmiş kvotalardan əlavə olaraq əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmə yolu ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin olunmaları həyata keçirilir.

 

Bu fəaliyyət istiqaməti ilə kimlərin maliyyələşdirilməsinə dəstək göstərilir?

- 20 yaşadək gənclər;

- yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər;

- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər; 

- pensiya yaşına 2 ildən az qalmış şəxslər;

- əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar; 

- cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar;

- məcburi köçkünlər;

- müharibə veteranları. 

 

Kimlər müraciət edə bilər?

Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.