Sosial tərəfdaşlarla iş

Sosial tərəfdaşlarla iş

Dövlət orqanları (qurumları), işəgötürənlər, işəgötürənlərin nümayəndəli orqanları, həmkarlar ittifaqları, assosiasiyalar, peşə birlikləri, qeyri-hökumət təşkilatları, məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri və işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Dövlət Məşğulluq Agentliyinin sosial tərəfdaşlarıdır. Agentlik bütün fəaliyyət istiqamətləri üzrə sosial tərəfdaşlarla əməkdaşlıq edir və bu əməkdaşlığın möhkəmlənməsini təşkil edir.

 

Sosial tərəfdaşlarla iş aşağıdakı faəliyyətləri özündə birləşdirir:

 

  • İşəgötürənlərlə birlikdə işçilərin əməkhaqqının maliyyələşdirilməsi;
  • Sosial müəssisələrin və əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi;
  • Qeyri-formal məşğulluq sahəsində maarifləndirmə və nəzarət;
  • Əmək birjalarının və əmək yarmarkalarının təşkili;
  • İşaxtaranların və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi;
  • Məşğulluğun təmin edilməsində işəgötürənlərlə əməkdaşlıq;
  • İşədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərlə əməkdaşlıq və onların reyestrinin hazırlanması;
  • Vakansiya bankının yaradılması və sosial tərəfdaşların bu sahədə maarifləndirilməsi;
  • Kvotanın tətbiqi və kvotadan əlavə maliyyələşmənin təşkili;
  • Korporativ sosial məsuliyyət (KSM) sahəsində maarifləndirmə və sosial tərəfdaşlarla birlikdə KSM layihələrin hazırlanması;
  • Sosial tərəfdaşlarla birgə konfransların, dəyirmi masaların təşkili;
  • Yeni iş yerlərinin yaradılması, mövcud iş yerlərinin saxlanılması, inkişaf etdirilməsi və məşğulluğun təmin edilməsində işəgötürənlərə kömək olan layihələrin qanunvericilik çərçivəsində dəstəklənməsi.