Respublika və ərazi məşğulluq proqramları

Respublika və ərazi məşğulluq proqramları

Respublika və ərazi məşğulluq proqramları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan iqtisadi və sosial inkişaf proqnozlarının göstəriciləri əsasında hazırlanır.

 

Yerli icra hakimiyyəti orqanları hər il üçün ərazi məşğulluq proqramlarını və həyata keçirilməsini təmin edir.

 

Ərazi məşğulluq proqramlarının əsas istiqamətləri aşağıdakılardır:

 

  • müvafiq inzibati ərazi vahidi üzrə əmək bazarında yaranmış vəziyyəti təhlil etmək;
  • yerli xüsusiyyətləri nəzərə almaqla məşğulluq probleminin həllinə dair tədbirləri müəyyən etmək;
  • resursların effektivliyini və səmərəliliyini artırmaq;
  • müəyyən olunmuş hədəf qruplarına dəstəyi artırmaq;
  • mövcud iş yerləri saxlanılmaqla, yeni iş yerləri yaratmaq;
  • həyat standartlarının davamlılığını qorumaq.

 

Ərazi məşğulluq proqramlarının məqsədləri aşağıdakılardır:

 

  • yeni iş yerlərinin yaradılması;
  • müvafiq inzibati ərazi vahidi üzrə əmək bazarının inkişafı, işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının artırılması;
  • layiqli iş imkanlarının genişləndirilməsi;
  • inklüziv məşğulluğu təmin etmək məqsədilə aktiv əmək bazarı tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması;
  • sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması və əmək bazarına inteqrasiyasının gücləndirilməsi;
  • əhali qrupları arasında sosial bərabərsizliyin azaldılması;
  • qeyri-formal məşğulluğun səviyyəsinin azaldılması.

 

Respublika məşğulluq proqramı isə ərazi məşğulluq proqramları əsasında hazırlanan sənəddir. Bu sənəd əhalinin məşğulluğuna kömək göstərilməsini nəzərdə tutmaqla yanaşı əmək bazarının təhlili əsasında növbəti il üçün proqnoz göstəriciləri əks etdirir. Respublika məşğulluq proqramını Nazirlər Kabineti hər il üçün təsdiq və onun həyata keçirilməsini təmin edir.

 

Statistik məlumatlar, eləcə də proqnoz göstəricilər aşağıdakı kimi formalaşır:

 

  • əmək bazarının hesablanması;
  • yeni iş yerləri haqqında məlumat;
  • fərdi sahibkarlıqla məşğul olanlar;
  • illər üzrə əsas göstəricilər;
  • işsiz və işaxtaran şəxslərin peşə hazırlığına cəlb olunması;
  • işsiz və işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlərə cəlb olunması;
  • işsiz və işaxtaran şəxslərin özünüməşğulluğa cəlb olunması;
  • proqramda nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatı.