İdarə Heyəti sədrinin müavini

Quliyev Cəmaləddin Əlibala oğlu

6 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

Cəmaləddin Əlibala oğlu Quliyev 2 mart 1970-ci ildə Sabirabad şəhərində anadan olub.

 
1987-ci ildə S.Vurğun adına 3 saylı orta məktəbi fərqlənmə ilə bitirib. 

 

1987-ci ildə Sankt Peterburq Mühəndis-İnşaat İnstitutuna qəbul olub.


1988-1989-cu illərdə həqiqi hərbi xidmətdə olub.

 

1994-1999-cu illərdə Sabirabad rayonu 8 saylı İSMD-də briqadir, usta, iş icraçısı və mühəndis vəzifələrində çalışıb. 


1999-2003-cü illərdə Sabirabad rayonu İcra hakimiyyəti başçısı aparatının Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsində çalışıb.


2000-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 

 

2003-2014-cü illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İqtisadi siyasət və  proqnozlaşdırma şöbəsində məsləhətçi, sektor müdiri və şöbə müdirinin müavini vəzifələrində çalışıb. 


2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 


2014-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb.


2018-2020-ci illərdə Dövlət Məşğulluq Xidmətində çalışıb.


06 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

İngilis və rus dillərini bilir. Ailəlidir, 2 övladı var.

 

Əlaqə nömrəsi: (012) 596 43 05

Elektron poçt: jamaladdin.guliyev@sosial.gov.az