Reception of citizens

The schedule for reception of citizens of the chairman and vice-chairmen of the Board of Directors

 

Name and surname

 

Position

 

Reception day

 

Reception time

 

Mustafa Abbasbeyli


 

Chairman of the Board


 

Wednesday


 

10:00 - 12:00


 

Cemaleddin Guliyev


 

Deputy Chairman of the Board


 

Monday


 

14:00 - 16:00


 

Nihad Mukhtarli


 

Deputy Chairman of the Board


 

Tuesday


 

10:00 - 12:00


 

Ulvi Abasguliyev


 

Deputy Chairman of the Board


 

Thursday


 

10:00 - 12:00


 

Rufat Javadov


 

Deputy Chairman of the Board


 

Friday


 

10:00 - 12:00


 

 

 

The schedule for reception of citizens of department heads

 

 

Name and surname

 

Position

 

Reception day

 

Reception time

 

Mehriban Resulova


 

Head of the Vocational Training Department


 

Wednesday


 

10:00 - 12:00


 

Sabuhi Ganbarzade


 

Head of social partners and projects department


 

Thursday


 

10:00 - 12:00


 

Parviz Bennali


 

Head of the Department of Employment Events


 

Friday


 

15:00 - 17:00


 

Elshan Allahverdiyev


 

Head of the department of work with documents and applications


 

Tuesday


 

15:00 - 17:00


 

Haji Aliyev


 

Head of the international partnership and strategic development department


 

Wednesday


 

15:00 - 17:00


 

 

     

 

 

Schedule for reception of citizens of senior officials of Regional Employment Branches

 

Name and surname

 

Position

 

Reception day

 

Reception time

 

Museyib Aliyev


 

Head of the Baku Regional Employment Branch


 

Monday


 

10:00 - 12:00


 

Jala Ahmadova


 

Deputy director of the Baku Regional Employment Branch


 

Tuesday


 

14:00 - 16:00


 

Emin Safarov


 

Deputy director of the Baku Regional Employment Branch


 

Tuesday


Thursday

14:00 - 16:00


11:00 - 13:00

Elmaddin Gurbanov


 

Head of the Ganja-Dashkasan Regional Employment Branch


 

Monday


 

14:00 - 16:00


 

Abdul Bayramov

Head of the Absheron-Khizi Regional Employment Branch


 

Tuesday


 

10:00 - 12:00


 

Nijat Alibayli


 

Deputy director of the Absheron-Khizi Regional Employment Branch


 

Wednesday


Thursday

14:00 - 16:00


14:00 - 16:00

Emil Badalov


 

Head of the Nagorno-Shirvan Regional Employment Branch


 

Thursday 


Wednesday

10:00 - 12:00


 

Namig Baghiyev


 

Deputy director of the Nagorno-Shirvan Regional Employment Branch


 

Tuesday


Thursday 

14:00 - 16:00


14:00 - 16:00

Ramal Guluzade


 

Head of the Guba-Khachmaz Regional Employment Branch


 

Wednesday


 

14:00 - 16:00


 

Jafar Jafarov


 

Deputy director of the Guba-Khachmaz Regional Employment Branch


 

Monday


Thursday 

14:00 - 16:00


11:00 - 13:00

Rasul Mursaguliyev


 

Deputy director of the Guba-Khachmaz Regional Employment Branch


 

Tuesday


Friday

11:00 - 13:00


14:00-16:00

Abdulla Karimov


 

Head of Sheki-Zagatala Regional Employment Branch


 

Tuesday


 

11:00 - 13:00


 

Tural Ahmadov


 

Deputy director of Sheki-Zagatala Regional Employment Branch


 

Monday


Thursday 

14:00 - 16:00


14:00 - 16:00

Habil Aliyev


 

Head of the Shirvan-Salyan Regional Employment Branch


 

Tuesday


 

14:00 - 16:00


 

Vusal Ahmedov


 

Deputy director of the Shirvan-Salyan Regional Employment Branch


 

Wednesday


Friday

11:00 - 13:00


11:00 - 13:00

Xagani Mammadov


 

Deputy director of the Shirvan-Salyan Regional Employment Branch


 

Monday


Thursday 

11:00 - 13:00


11:00 - 13:00

Rasim Harezmshah


 

Head of Lankaran-Astara Regional Employment Branch


 

Tuesday


 

11:00 - 13:00


İlham Guliyev


 

Director of the Mil-Mugan Regional Employment Branch


 

Tuesday


 

11:00 - 13:00


 

Sanan Mammadzade


 

Deputy director of Eastern Zangezur Regional Employment Branch


 

Tuesday


 

10:00 - 12:00


 

Babek Taghiyev


 

Head of Karabakh Regional Employment Branch


 

Thursday 


 

10:00 - 12:00


 

Parviz Huseynov


 

Deputy director of Karabakh Regional Employment Branch


 

Tuesday


Friday

15:00 - 17:00


15:00 - 17:00

Mushfig Gurbanov


 

Head of the Central Aran Regional Employment Branch


 

Tuesday


 

10:00 - 12:00


Elghin Nasibov


 

Head of Gazakh-Tovuz Regional Employment Branch


 

Tuesday


 

10:00 - 12:00


 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi üzrə vətəndaşların qəbulu

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1 “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi üzrə vətəndaşların qəbulu Qaydaları” (bundan sonra – Qaydalar) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli, “Dövlət və bələdiyyə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 23 iyun tarixli 950 nömrəli fərmanlarına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) 2020-ci il 17 avqust tarixli 20020029850 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə vətəndaşların qəbulu Qaydaları”na əsasən hazırlanmışdır.

1.2 Qaydalar Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikası ərazisində yaşayan əcnəbi  və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra – vətəndaşların) Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) Aparatında, ixtisaslaşdırılmış mərkəzi və regional filialları, habelə tabeli qurumlarında qəbul qaydalarını müəyyən edir.

1.3. Agentliyin Aparatında, ixtisaslaşdırılmış mərkəzi və regional filialları, habelə tabeli qurumlarında vətəndaşların qəbulu “Vətəndaşların qəbulu qrafiki” (bundan sonra - Qəbul qrafiki) əsasında aparılır.

1.4. Agenliyin Aparatının, ixtisaslaşdırılmış mərkəzi və regional filiallarının, habelə tabeli qurumlarının rəhbər vəzifəli şəxslərinin qəbul qrafiki Agentliyin İdarə Heyətinin sədri (bundan sonra - Sədr) tərəfindən təsdiq edilir.

1.5. Hər ilin sonunda növbəti il üçün təsdiq olunmuş Qəbul qrafiki müvafiq olaraq, Agentliyin rəsmi internet saytında yerləşdirilir. Qəbul qrafikinin bir nüsxəsi dekabr ayının 10-dək Nazirliyə təqdim edilir. Qəbul qrafikində il ərzində dəyişiklik olduqda, yenidən təsdiq olunmuş Qəbul qrafikinin bir nüsxəsi Nazirliyə təqdim edilir və Agentliyin rəsmi internet saytındakı qrafikin yenilənməsi təmin edilir.

1.5. Vətəndaşların qəbulu təsdiq olunmuş qrafik əsasında həftənin iş günləri (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Agentliyin Aparatında, ixtisaslaşdırılmış mərkəzi və regional filiallarında, habelə tabeli qurumlarının inzibati binalarında bu məqsədlə təşkil olunmuş qəbul otağında aparılır.

1.6.  Agentliyin Aparatında, eləcə də ixtisaslaşdırılmış mərkəzi və regional filialları, habelə tabeli qurumlarında vətəndaşların qəbulunun təşkili Agentliyin Aparatının Sənədlər, müraciətlər və filiallarla iş departamenti (bundan sonra – SMFİD) tərəfindən, qəbulla bağlı kargüzarlığın aparılmasına təşkilati-metodiki rəhbərlik, həmçinin bu Qaydaların tələblərinə əməl olunmasına ümumi nəzarət mərkəzləşdirilmiş qaydada Nazirliyin Aparatının Vətəndaşların qəbulu şöbəsi (bundan sonra - Vətəndaşların qəbulu şöbəsi) tərəfindən həyata keçirilir.

 

 

2. Vətəndaşların qəbulunun təşkili və həyata keçirilməsi

 

2.1. Agentliyin Aparatı, ixtisaslaşdırılmış mərkəzi və regional filialları, habelə tabeli qurumları hər il dekabr ayının 12-dək növbəti il üçün təsdiq olunmuş vətəndaşların Qəbul qrafiki barədə məlumatları Vətəndaşların qəbulu şöbəsinə təqdim edir.

2.2. Agentliyin növbəti il üçün vətəndaşların Qəbul qrafiki vəzifəli şəxslər haqqında aşağıdakı məlumatlar əks olunmaqla tərtib olunur və Sədr tərəfindən hər il dekabr ayının 10-dək təsdiq edilir:

- Vəzifənin adı;

- Soyadı, adı, atasının adı;

- Qəbul günləri və saatı.

2.3. Vətəndaşların qəbulu şöbəsi Nazirliyin 2020-ci il 17 avqust tarixli 20020029850 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə vətəndaşların qəbulu Qaydaları”nın 2.1-ci bəndinə əsasən Sədrin,  SMFİD isə Sədr müavinlərinin, Agentliyin departament müdirlərinin, eləcə də Agentliyin ixtisaslaşdırılmış mərkəzi və regional filiallarının, habelə  tabeli qurumlarının rəhbərlərinin qəbul qrafikini növbəti il üçün dekabr ayının 10-dək aşağıdakı qaydada tərtib edir.

2.3.1. Agentliyin Aparatı üzrə:

- Sədrin qəbulu – həftədə bir gün;

- Sədr müavinlərinin qəbulu – həftədə bir gün;

- Agentliyin departament müdirlərinin qəbulu - həftədə bir gün.

2.3.2. İxtisaslaşdırılmış mərkəzi və regional filiallar, habelə tabeli qurumlar üzrə:

- rəhbərlərin qəbulu – həftədə iki gün;

- rəhbər müavinlərinin qəbulu – həftədə üç gün.

2.4. SMFİD, Agentliyin Aparatı, ixtisaslaşdırılmış mərkəzi və regional filiallarının, habelə tabeli qurumlarının rəhbər şəxslərinin qəbul qrafikini tərtib edərkən vəzifəli şəxslər tərəfindən keçiriləcək qəbulların həftənin I-V günlərində, günün birinci və ikinci yarısı arasında maksimum bərabər paylanılmasını nəzərə almalıdır.

2.5. İxtisaslaşdırılmış mərkəzi və regional filialların, habelə tabeli qurumların rəhbərlərinin müvafiq əmri ilə qəbul üzrə məsul şəxs təyin edilir.

2.6. Vətəndaşların qəbulu qrafikində göstərilən vəzifəli şəxslər müəyyən olunmuş vaxtda qəbulu həyata keçirə bilmədikdə, qəbul digər aidiyyəti məsul vəzifəli şəxs tərəfindən (hərəkət və ya hərəkətsizliyindən şikayət verilmiş şəxs istisna olmaqla) aparılır, bu mümkün olmadıqda isə qəbul başqa vaxta keçirilir. Qəbulla bağlı hər hansı dəyişiklik baş verdikdə vətəndaşa əvvəlcədən əlaqə yaratmaq üçün təqdim etdikləri telefon və elektron poçt ünvanları vasitəsilə məlumat verilir və qəbulun kim tərəfindən keçirilicəyi ona bildirilir.

2.7. Agentlik üzrə tərtib olunmuş qəbul qrafikinə uyğun olaraq vətəndaşlar Sədr, Sədr müavinləri, Agentliyin ixtisaslaşdırılmış mərkəzi və regional filiallarının, habelə tabeli qurumlarının rəhbərlərinin qəbuluna yazılırlar.

2.8. Vətəndaşlar ilk dəfə Agentliyin Aparatının rəhbər şəxsinin qəbuluna yazılmaq üçün müraciət etdiyi təqdirdə vətəndaşın razılığı alınaraq ilkin olaraq aidiyyəti üzrə ixtisaslaşdırılmış mərkəzi və regional filialların, habelə tabeli qurumun rəhbərinin qəbuluna yönləndirilir, yenidən müraciət edərsə, Sədr müavininin qəbuluna, sonra isə Sədrin qəbuluna yazılır.

2.9. Vətəndaşlar Sədr, Sədr müavinləri, Agentliyin departament müdirlərinin qəbuluna yazılması mərkəzləşdirilmiş qaydada SMFİD tərəfindən, ixtisaslaşdırılmış mərkəzi və regional filialların, habelə tabeli qurumların rəhbərlərinin qəbuluna yazılması isə qəbul üzrə məsul şəxs tərəfindən həyata keçirilir.

2.10. Vətəndaşlar Sədr, Sədr müavinləri, Agentliyin departament müdirlərinin, ixtisaslaşdırılmış mərkəzi və regional filialların, habelə tabeli qurumların rəhbərlərinin qəbuluna aşağıdakı üsullarla yazıla bilərlər:

 

  • Agentliyin Aparatının “Qaynar xətt”inə müraciət etməklə;
  • Yazılı müraciət göndərməklə;
  • Agentliyin elektron poçt ünvanı vasitəsi ilə (dma@sosial.gov.az);
  • Nazirliyin Qəbul otağına müraciət etməklə.


2.11. “Qaynar xətt” vasitəsilə qəbula yazılma:

2.11.1. “Qaynar xətt” vasitəsilə qəbula yazılmaq istəyən vətəndaşların kimliyi müəyyən edildikdən sonra onların müraciətləri əməkdaş tərəfindən xüsusi müraciət formasında qeyd olunur.

2.12. Yazılı müraciət göndərməklə qəbula yazılma:

2.12.1. Vətəndaşlar fərdi və ya kollektiv yazılı müraciət etməklə qəbula yazıla bilərlər. Bu zaman yazılı müraciət vətəndaş (və ya vətəndaşlar) tərəfindən imzalanmalı, vətəndaşın (və ya vətəndaşların) adı, soyadı, atasının adı, ünvanı, əlaqə telefonları yaxud işlədiyi yer dəqiq göstərilməli, müraciətin məzmunu aydın və başa düşülən formada olmalıdır. Anonim müraciətlərə baxılmır.

2.13. Agentliyin elektron poçt ünvanı vasitəsi ilə qəbula yazılma:

2.13.1. Vətəndaşlar Agentliyin elektron poçt ünvanına müraciət etməklə qəbula yazıla bilərlər. Bu zaman onlayn müraciətdə vətəndaş adı, soyadı, atasının adı, ünvanı, əlaqə telefonları, yaxud işlədiyi yeri dəqiq göstərməli, müraciətinin məzmunu aydın və başa düşülən formada olmalıdır.

2.14. Nazirliyin Qəbul otağına müraciət etməklə qəbula yazılma:

2.14.1. Vətəndaşlar Nazirliyin Qəbul otağına müraciət etməklə qəbula yazıla bilərlər. Bu zaman onların müraciətləri qəbulu aparan əməkdaş tərəfindən xüsusi müraciət formasında qeydə alınır və Agentliyin Aparatına təqdim edilir.

2.15. Vətəndaşlardan daxil olan müraciətlər müraciət formasından asılı olmayaraq dərhal Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sənəd dövriyyəsi” altsisteminə və ya “Vətəndaşların qəbulu” altsisteminə yerləşdirilməlidir. Agentliyin Aparatına qəbulla bağlı onlayn qaydada və yazılı müraciət daxil olarkən Sənədlərlə iş şöbəsinin əməkdaşları tərəfindən “sənəd dövriyyəsi” altsisteminə daxil edilir, ixtisaslaşdırılmış mərkəzi və regional filiallarında, habelə tabeli qurumlarda işə qəbul üzrə məsul şəxslər tərəfindən “Vətəndaşların qəbulu” altsisteminə yerləşdirilir.

2.16. “Vətəndaşların qəbulu” altsisteminə daxil edilmiş qəbulla bağlı müraciətlərin emalı zamanı aşağıdakı parametrlər nəzərə alınır:

 

  • Müraciətin növü (təklif, ərizə, şikayət və s.);
  • Müraciətin məzmunu;
  • Əvvəllər bu barədə müraciətin olub-olmaması;
  • Əvvəllər şəxsin qəbulda olub-olmaması;
  • Müraciətin Agentliyin səlahiyyətlərinə aid olub-olmaması.


2.17. Agentliyin Aparatında vətəndaşlardan daxil olan müraciətlər “Sənəd dövriyyəsi” altsistemində emal edildikdən sonra qəbula növbəlilik qrafiki hazırlanır. Vətəndaşların təqdim etdikləri əlaqə vasitələrilə əlaqə saxlanılaraq qəbulun tarixi, yeri, növbə sırası barədə məlumat verilir. Eyni zamanda qəbulla bağlı müraciətlərin növbəlilik qrafiki Sədr, Sədr müavinləri, Agentliyin ixtisaslaşdırılmış mərkəzi və regional filiallarının, habelə tabeli qurumlarının rəhbərlərinə təqdim edilir.

2.18. Qəbulla bağlı müraciətlər Agentliyin səlahiyyətlərinə aid olmadıqda, müraciət 3 (üç) iş günündən gec olmayaraq  aidiyyəti üzrə göndərilir və müraciət edən şəxsə bu barədə məlumat verilir.

2.19. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hallarda müraciətlər baxılmamış saxlanılır.

2.20. Sədr, onun qəbuluna yazılmış vətəndaşları qəbul edir, zərurət olduqda Sədr müavinlərini, aidiyyəti ixtisaslaşdırılmış mərkəzi və regional filialların, habelə tabeli qurumların rəhbərlərini və ya digər vəzifəli şəxslərini dəvət edir, müraciətlərin araşdırılması və onun nəticəsindən asılı olaraq lazımi tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verir.

2.21. Sədr müavini onun qəbuluna yazılmış vətəndaşları qəbul edir, müraciətlərin mahiyyətini öyrənir, zərurət olduqda, aidiyyəti ixtisaslaşdırılmış mərkəzi və regional filialların, habelə tabeli qurumların rəhbərlərini və ya digər vəzifəli şəxslərini dəvət edir, müraciətlərin araşdırılması və onun nəticəsindən asılı olaraq lazımi tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verir.

2.22. Agentliyin ixtisaslaşdırılmış mərkəzi və regional filialların, habelə tabeli qurumların rəhbərləri vətəndaşları qəbul edir, Sədr, Sədr müavini tərəfindən verilmiş tapşırıqlarla əlaqədar müraciətlərə, eləcə də onların bilavasitə qəbulunda olmuş vətəndaşların müraciətlərinə aşağıdakı qaydada baxırlar:

2.22.1. Müraciətlərin mahiyyətini diqqətlə öyrənir, zəruri olduqda lazımi sənədləri tələb edir, məsələnin həlli üçün digər tədbirləri görürlər;

2.22.2. Müraciətdə irəli sürülən məsələlərin həlli Agentliyin və ya həmin vəzifəli şəxslərin səlahiyyətlərinə aid olmadıqda aidiyyəti üzrə müraciət edilməli olan subyekt barədə vətəndaşa izah verirlər;

2.22.3. Müraciətə müəyyən edilmiş qaydada baxır, görülmüş tədbirlər haqqında müraciət etmiş vətəndaşa əsaslandırılmış cavab verirlər (cavab şifahi və ya vətəndaşın tələbi əsasında yazılı ola bilər);

2.22.4. Qəbul zamanı vətəndaş tərəfindən qaldırılan məsələlər əlavə dəqiqləşmə və ya araşdırma tələb etdikdə, bu barədə vətəndaş məlumatlandırılır və müraciəti yazılı formada qəbul edilir.

2.23. “Vətəndaşların qəbulu” altsistemində şifahi müraciətlərin qeydiyyata alınması, qəbulla bağlı aidiyyəti rəhbər vəzifəli şəxslərə məruzə edilməsi, qəbul vaxtının dəqiqləşdirilməsi, verilmiş cavabların rəsmiləşdirilməsi və s. bu kimi əməliyyatlar elektron qaydada həyata keçirilir.

 

 

2. Videoqəbulun təşkil edilməsi qaydaları

 

 

3.1. Agentliyin rəhbər vəzifəli şəxslərinin videoqəbuluna yazılmaqla bağlı vətəndaşlar hər ay Agentlik tərəfindən rəsmi internet səhifəsində elan edilən və qəbul cədvəlində göstərilən əlaqə vasitəsilə müraciət edir, şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən digər sənəd əsasında videoqəbula ən geci 1 (bir) iş günü qalmış yazılır, qəbulun yeri və tarixi barədə məlumatlandırılır.

3.2. Qəbulu aparan Rəhbər şəxsin danışığına kənar müdaxilələr olmamalıdır;

3.3. Mərkəzi, regional və tabeli qurumlarda vətəndaş videoqəbulun keçirildiyi otağa müvafiq siyahıya uyğun olaraq qəbul üzrə məsul şəxs tərəfindən şəxsiyyəti təsdiq edən sənəd əsasında buraxılır;

3.4. Videoqəbul zamanı qəbul otağına vətəndaşın video və audio yazı qurğusu, həmçinin mobil telefon aparması qadağandır;

3.5. Vətəndaşın etdiyi müraciətdəki məsələnin həlli əlavə araşdırma tələb etmədikdə, vətəndaşın razılığı ilə müraciət videoqəbul zamanı şifahi qaydada cavablandırılır;

3.6. Müraciətin birbaşa cavablandırılması mümkün olmadıqda, onun araşdırmaya qəbul edilərək sonradan cavablandırılması məqsədi ilə müraciət vərəqəsi tərtib edilir;

3.7. Videoqəbul zamanı vətəndaşın müraciəti ilə bağlı lazımi sənədlərin təqdim edilməsi zərurəti yarandıqda, vətəndaşa həmin sənədləri müvafiq əlaqə vasitələrindən istifadə etməklə elektron formada təqdim etmək tövsiyə olunur;

3.8. Vətəndaş müraciətinə verilən cavabdan qane olmadığı hallarda Qaydaya uyğun olaraq növbəti qəbul üçün qeydiyyata alına bilər;

3.9. Videoqəbulların videoyazısının elektron informasiya daşıyıcılarında yazılması və arxivləşdirilməsi Agentliyin Rəqəmsal məşğulluğun təşkili departamenti tərəfindən təmin edilir.

3.10. Videoqəbulların keçirildiyi yerlərdə müvafiq sanitar-gigiyenik normalara və xüsusi rejim tətbiq edildiyi halda onun qaydalarına əməl olunmalıdır.

 

     4. Vətəndaşların qəbulunun təşkilinə nəzarət

 

4.1. Müraciətlərin təhlili və onlara baxılmasına nəzarət işləri planlı şəkildə qurulmalı və mütəmadi olaraq Nazirliyin kollegiya və müşavirələrində, Agentliyin İdarə Heyətinin iclaslarında, eləcə də ixtisaslaşdırılmış mərkəzi və regional filialların, habelə tabeli qurumların iclaslarında Rəhbər şəxslərin iştirakı ilə müzakirə edilməlidir.

4.2. Agentliyin Aparatında, eləcə də ixtisaslaşdırılmış mərkəzi və regional filiallarında, habelə tabeli qurumlarında vətəndaşların qəbulu vəziyyətinə baxılması, planlı və konkret hallar üzrə monitorinqlərin keçirilməsi SMFİD tərəfindən həyata keçirilir.

4.3. Monitorinq keçirməzdən əvvəl Sədr, Sədr müavininə xidməti məktubla müraciət edilməli və nəzarət tədbirinin keçirilməsi ilə bağlı razılıq alınmalıdır.

4.4. Monitorinqin nəticəsi barədə xidməti məruzə Agentliyin Sədrinə təqdim edilməlidir.